"Azərbaycanın Miqrasiya Məcəlləsi sülh şəraiti üçün hazırlanıb. Amma regionda kütləvi köç yaşanarsa, Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər".
Aktual.az-ın məlumatına görə, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin fevralın 9-da keçirilən iclasında bildirib.
"Biz ilk olaraq Rusiya-Ukrayna arasında müharibə zamanı regionda böyük köç dalğasının birinci mərhələsinin şahidi olduq. Regionda bəzi yerlərdə konfliktlər baş verərsə, çox böyük köç dalğası yaşanarsa Miqrasiya Məcəlləsinə yenidən baxmaq lazım olacaq", - o əlavə edib.
Xəbər 198 dəfə oxunub.