Azərbaycanın meşə fındığı ixracından gəlirləri 2 dəfə artıb

Azərbaycanın meşə fındığı ixracından gəlirləri 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 57,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Aktual.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2 dəfə artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə 27,9 milyon ABŞ dollarlıq meşə fındığı ixrac edilib.
Xatırladaq ki, cari ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib
Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR