Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Aktual.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9421 xəbər yerləşdirilib. Bunlardan 47-si mənfi, 1290-ı müsbət və 8084-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Əmlak Məsələləri Dövlət Komitəsi (16 xəbər – komitə sədrinə qarşı korrupsiya ittihamı), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (9 xəbər – komitədən şikayət). Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (1100 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (161 xəbər – komitə qanun pozuntuları aşkarladı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (33 xəbər – komitə qanun pozuntuları aşkarladı və "Uğur” Milli Mükafatına layiq görüldü) məxsusdur.
Xəbər sayına görə sıralama:
1 | Dövlət Gömrük Komitəsi | 2833 xəbər |
2 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 1538 xəbər |
3 | Dövlət Statistika Komitəsi | 1510 xəbər |
4 | Əmlak Məsələləri Dövlət Komitəsi | 1315 xəbər |
5 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 761 xəbər |
6 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 465 xəbər |
7 | Diasporla İş üzrə Dövlət Komitəsi | 350 xəbər |
8 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 320 xəbər |
9 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 242 xəbər |
10 | Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | 66 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1262 xəbər dərc edilib. Bu xəbərlərdən 1207-si neytral, 53-ü müsbət, 2-si isə mənfidir. Mənfi xəbərlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (2 xəbər – ləğv olunması iddiası) aiddir. Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (48 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (5 xəbər – komitə qanun pozuntuları aşkarladı) məxsusdur.
Xəbər sayına görə sıralama:
1 | Dövlət Gömrük Komitəsi | 284 xəbər |
2 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 280 xəbər |
3 | Dövlət Statistika Komitəsi | 198 xəbər |
4 | Əmlak Məsələləri Dövlət Komitəsi | 178 xəbər |
5 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 84 xəbər |
6 | Diasporla İş üzrə Dövlət Komitəsi | 83 xəbər |
7 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 61 xəbər |
8 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 45 xəbər |
9 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 44 xəbər |
10 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 4 xəbər |
Dekabr ayında televiziya kanallarında komitələr haqqında 358 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 117 xəbər |
2 | Dövlət Gömrük Komitəsi | 94 xəbər |
3 | Əmlak Məsələləri Dövlət Komitəsi | 47 xəbər |
4 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 32 xəbər |
5 | Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 23 xəbər |
6 | Dövlət Statistika Komitəsi | 13 xəbər |
7 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 13 xəbər |
8 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 10 xəbər |
9 | Diasporla İş üzrə Dövlət Komitəsi | 9 xəbər |