Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.
"Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru, İstiqlalçı Millət Vəkili, Azərbaycan Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin vəfatı ilə bağlı mərhumun yaxınlarına, dostlarına və partiyadaşlarına özüm və Azərbaycan Xalq Partiyası adından başsağlığı verirəm” – deyə partiya sədri qeyd edib.
Xəbər 556 dəfə oxunub.