Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

 Azərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsinin Əsgəran rayonunun Naxçivanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılıb. 

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb.
Qeyd edək ki, yüksək hərarət, dərinin göyərməsi, daxili orqanlarda qanaxma bu xəstəliyin əlamətləridir. Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.
Bir neçə il bu xəstəlik Gürcüstan, Belarus və Ukraynada da kütləvi şəkildə yayılmışdı. 2017-ci ildə isə Rusiyanın Omsk, Tümen və Kalininqrad vilayətlərində qeydə alınıb.
Bu xəstəliyə qarşı peyvənd yoxdur. Ona yoluxan xəstə heyvanın müalicəsi qadağandır. İnfeksiya mənbəyi və ondan 20 km radiusda yerləşən xəstə heyvanların məhv edilməsi məqsədəuyğun sayılır. 
 
Aktual.az
Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR