Azərbaycanın ilk qadın moto-klubu "MXC_QUEENS" Qarabağ səfərini gerçəkləşdirdi

Azərbaycanın ilk qadın moto-klubu

2020-ci ildə təsis edilən Azərbaycanın ilk qadın moto-klubu "MXC_QUEENS" fəaliyyətinin 50-ci səfərini qeyd edib. Klub üzvləri bu dəfə qadınlar arasında ilk olaraq ölkəmizin ürəyi – Qarabağa səfər ediblər.

Aktual.az xəbər verir ki, səfərin çətinlikləri olsa da, motoçilər bunun onları daha da gücləndirdiyini bildiriblər.
 
Klubun uğurları gənclər və idman naziri Fərid Qayıbov tərəfindən də yüksək qiymətləndirilib. Nazir "MXC_QUEENS" üzvləri ilə görüşərək onların moto-mədəniyyətdə əldə etdikləri nailiyyətlərə heyranlığını ifadə edib.

"MXC_QUEENS"in əsas məqsədi Azərbaycanın adını qadın moto klubu olaraq hər yerdə layiqincə təmsil etməkdir.
Xəbər 22 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR