Bakıdan Təbrizə həyata keçirilən uçuşların sayı artırılıb.
Aktual.az xəbər verib ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanları Təşkilatının rəhbəri Məhəmməd Əli Nail Qaraməliki deyib.
O bildirib ki, AZAL Bakı–Təbriz marşrutu üzrə bazar ertəsi və cümə axşamı günləri uçuşların sayını artıraraq bu istiqamətdə həftəlik 8 reys həyata keçirməyə başlayıb.
"Bu marşrutda "İran Air”in uçuşları da nəzərə alındıqda, Təbriz–Bakı və əks istiqamətdə həftəlik reyslərin ümumi sayı 12-yə çatdırılıb. Uçuşların sayının artırılması hava nəqliyyatı üzrə əlaqələrin inkişafına, işgüzar və turizm səfərlərinin asanlaşmasına, eləcə də regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”, - Qaraməliki qeyd edib.
Xəbər 74 dəfə oxunub.