Azərbaycanın Hüquq-mühafizə orqanları əməliyyatlara başladı Rusiya sərhəddində

Azərbaycanın Hüquq-mühafizə orqanları əməliyyatlara başladı  Rusiya sərhəddində

Azərbaycanın hüquq-mühafizə orqanları Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlayıb. 

Şimal-qərb rayonlarında "Sərhəd Sipər" əməliyyatları aparılır.  

Qax rayonunda da "Sərhəd Sipər" əməliyyatlar keçirilir. Rayonun giriş və çıxışlarında postlar qurulub. Yoxlamalar 24 saat davam etdirilir. Gün ərzində Qaxa daxil olan və şəhərdən çıxan avtomobillərdə axtarışlar aparılır.  

Qeyd edək "Sərhəd Sipər" əməliyyatları Azərbaycan və Rusiya tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən keçirilir. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdı.

Əməliyyatlar 4 gün davam edəcək.(Report)

Aktual.az

Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR