Bu ilin yanvar-iyul aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə müqayisədə az olub.
Aktual.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda isə 136,75 manat (8,4 % az) təşkil edib.
İstanbulda isə orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda isə 160,2 manat (37 % az) olub.
Gürcüstanda orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda isə 120,4 manat (50 % az) təşkil edib.
Xəbər 681 dəfə oxunub.