Azərbaycanın hasil etdiyi neft və qazın həcmi açıqlandı

Azərbaycanın hasil etdiyi neft və qazın həcmi açıqlandı

Dövlət Statistika Komitəsi məlumat yaydı.

2015-ci ilin ilk 9 ayında Azərbaycan 31 milyon 422 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edib, bu da ötən ilin anaoloji dövrü ilə müqyaisədə 2,3% azdır.

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin cari ilin 9 ayı üçün hazırladığı hesabatda deyilib.

Cari ilin yanvar-sentyabr aylarında 21 milyard 675 milyon kub metr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azdır.

Hasil edilən xam neftin (qaz kondensatı daxil olmaqla) 31 milyon 379 min tonu, təbii qazın isə 14 milyard 424,9 milyon kub metri əmtəəlik olub.

DSK –dan bildirilib ki, 2015-ci il oktyabrın 1-ə xam neft ehtiyatı 326 min ton, təbii qaz ehtiyatı isə 615,2 milyon kub metr olub.

Qeyd edək ki, çərşənbə axşamı Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirmişdi ki, Azərbaycanda növbəti il üçün neft hasilatını hazırda olan səviyyədə saxlasaq bu, böyük qəhrəmanlıq olacaq.

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR