Azərbaycanın gənc məhkəmə hakimi dünyasını dəyişdi

Azərbaycanın gənc məhkəmə hakimi dünyasını dəyişdi

Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımova vəfat edib.

Aktual.az bildirir ki, bu barədə report-a həmin məhkəmədən məlumat verilib.
Məlumata görə, 36 yaşlı M.Qasımova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Qasımova Mətanət Eynulla qızı 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Binəqədi Rayon Məhkəməsində, Ali Məhkəmədə, Xətai Tikinti Mexanizasiya ASC-də, Xəzər Rayon Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Xəbər 1330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR