Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən günorta saatlarında Antalyaya çatan hakimlər elə həmin gün iki məşğələdə iştirak ediblər.
İlk məşq yaşıl meydançada, axşam məşğələsi isə akt zalında gerçəkləşib.
Yanvarın 25-dək Antalyada olacaq hakimlərin hər gün ümumilikdə 4 məşğələdə bir araya gələcəyi planlaşdırılır. Eyni zamanda, Azərbaycan Premyer Liqası, ölkə uboku, I Divizion oyunlarındakı hakim qərarları müzakirə olunacaq. Toplanışın əsas məqsədlərindən biri isə müxtəlif ölkələrdən Antalyaya gələn komandaların iştirakı ilə oyunların idarə olunmasıdır. İlkin plan kimi minimum 50 oyunda ədaləti qorumaq planlaşdırılıb.
Qeyd edək ki, cari toplanışa FİFA təlimatçısı dəvət olunmayacaq. Təlimlərə müəllim heyətində yer alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev nəzarət edirlər.
Aktual.az
Xəbər 658 dəfə oxunub.