Azərbaycanın FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Aktual.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Məsiyev UEFA Gənclər Liqasında "Benfika” (Portuqaliya) – "Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.
Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.
Xəbər 330 dəfə oxunub.