Azərbaycanın ən qalmaqallı verilişi bağlandı

Azərbaycanın ən qalmaqallı verilişi bağlandı

ARB TV-də yayımlanan "Ferma” realiti şousu birdəfəlik bağlanıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə verilişinin aparıcısı Yeganə Cansail məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın tək realiti şousu yayımını dayandırıb:

""Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğumu veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi...Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”.

Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, "Ferma” MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.
 
 
 
Aktual.az

Xəbər 818 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR