Azərbaycanın ən güclü sel təhlükəsi olan çaylarının adları açıqlandı

Azərbaycanın ən güclü sel təhlükəsi olan çaylarının adları açıqlandı

Böyük Qafqazın Azərbaycan hissəsində ən güclü sel təhlükəsi olan çayların adları açıqlanıb.

Aktual.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Sitarə Tarixəzəri Trend-ə deyib ki, bu çaylar Kişçay, Vəndəmçay, Şinçay, Bumçay, Türyançay, Dəmiraparançay, Xalxalçay, Ceyrankeçməz, Dəvəçiçay, Pirsaatçay, Kurmuxçay, Balakənçay, Gilgilçay, Girdimançaydır.

S.Tarixəzərinin sözlərinə görə, Böyük Qafqazın Azərbaycan hissəsində müasir təhlükəli ekogeomorfoloji proseslərin qısa analizi onu deməyə imkan verir ki, tədqiq edilən ərazilərdə daha təhlükəli olan proseslər zəlzələlər, sürüşmələr və sellərdir. Onlar ərazilərdə ümumən ekodinamiki gərginlik yaradırlar. Bunların insanların həyat fəaliyyətləri üçün yaratdığı təhlükəni azaltmaq üçün planlı, ərazinin ekeomorfoloji vəziyyətinin irihəcmi ekpert qiymətləndirilməsini həyata keçirmək, müasirt təhlükəkəli geomorfolji proseslərin daimi olaraq, izlənilməsi üçün daimi fəaliyyət göstərən monitorinq sisteminin yaradılması tələb olunur.

S.Tarixəzəri bildirib ki, ekogeomorfoloji vəziyyətin qiymətləndirilməsi nəticəsində ən təhlükəli geomorfoloji vəziyyətin olduğu ərazilər rayonlaşdırılıb. Ekogeomorfolji baxımdan ən təhlükəli vəziyyəti olan yerlərə ümumi ərazisinin 60-70 faizində bir və ya bir necə müasir təhlükəli geomorfolji proseslərin baş verdiyi ərazilər aid edilir. Belə ərazilərdə müasir təhlükəli geomorfolji proseslərin inkişaf dinamikasını izləmək üçün daimi olaraq, monitorinq keçirmək lazımdır.

Ekogeomorfolji baxımdan təhlükəli vəziyyəti olan yerlərə isə ümumi ərazisinin 40-60 faizində bir və ya bir necə müasir təhlükəli geomorfolji proseslərin baş verdiyi ərazilər aid edilir. Bu yerlərdə də ərazilər üzrə monitorinqlərin keçirilməsinə ehtiyac var.

Ekogeomorfolji baxımdan nisbətən az təhlükəli vəziyyəti olan yerlərə isə ümumi ərazisinin 40-25 faizində bir və ya bir necə müasir təhlükəli geomorfolji proseslərin baş verdiyi ərazilər aid edilir.

Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR