Bu gün Azərbaycan diasporunun ən reytinqli diasporinfo.com xəbər saytının təsis edilməsindən bir 1 il ötür.
Bu bir il ərzində "diasporinfo.com" saytı Azərbaycan diasporunun bütün dünyadakı təşkilatları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərib . "Diasporinfo.com" un 1 illik fəaliyətinə nəzər salsaq görərik ki, ilk vaxtlarda müxtəlif çətinliklərlə üzləşsə də böyük uğurlara imza atan sayt hər gün minlərlə diaspor üzvünün gündəlik izlədiyi virtual bir aləmə çevrilə bilib. Bu gün əminliklə deyə bilərik ki, "diasporinfo.com" artıq çox milyonlu Azərbaycan diasporunu öz ətrafında birləşdirmiş və heç bir təşkilata bağlılığı olmayan müstəqil bir saytdır. "Diasporinfo.com" Azərbaycan xalqının və dövlətinin maraqlarını qoruyan bütün diaspor təşkilatları ilə əməkdaşlıq edir .Qeyd etmək istərdik ki, bu yaxınlarda saytın azərbaycan və ingilis dili bölümü fəaliyyətə başlayacaq .
Qeyd edək ki, Saytın təsisçiləri Rusiyada fəal diaspora fəaliyyəti ilə məşqul olan 3 gənc Toğrul Allahverdili ,Şamil Tağıyev və İqbal Rüstəmovdur
Diasporinfo - Azərbaycan diasporunun dunyaya yayılan səsi !!
Xəbər 421 dəfə oxunub.