Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib. "Transfermarkt"ın hesablamalarına əsasən, 8 elita təmsilçisinin heyətində yer alan futbolçuların ümumi dəyəri 45 milyon 540 min avrodu.
Premyer Liqanın ən dəyərli klubu "Qarabağ"dı. Son 3 mövsümün çempionu, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış Ağdam klubunun ümumi dəyəri 17 milyon 280 min avrodu.
İkinci pillədə qərarlaşan "Qəbələ" əvvəlki illərə nisbətən dəyər itirib. İndi "qırmızı-qaralar"ın ümumi dəyəri 9 milyon 100 min avroya bərabərdi.
İlk "üçlüy"ü "Neftçi" qapayır. Uğursuzluq zolatından çıxa bilməyən "ağ-qara" klubun futbolçularına 5 milyon 900 min avro qiymət qoyulub.
1. Qarabağ - 17 milyon 280 min avro
2. Qəbələ - 9 milyon 100 min avro
3. Neftçi - 5 milyon 900 min avro
4. Zirə - 3 milyon 980 min avro
5. Səbail - 2 milyon 750 min avro
6. İnter - 2 milyon 550 min avro
7. Sumqayıt - 2 milyon 500 min avro
8. Kəpəz - 1 milyon 480 min avro
(fanat.az)
Aktual.az
Xəbər 701 dəfə oxunub.