“Türkiyəyə verdiyi dəstəyə görə, Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edirəm”.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası zamanı bildirib.
“Hamımızın yasa qərd olduğu, canımızın acıdığı məqamda Azərbaycandan uzadılan dostluq əli, göstərilən qardaşlıq millətimiz tərəfindən hər zaman şükranla anılacaq. Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan xalqı türk xalqının yaşadığı bu acıları paylaşır, bizim kimi onlar da bu acını ürəklərində hiss edirlər”-deyə Ərdoğan bildirib.