Bu gün Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha üç idmançısı mübarizəyə başlayacaq.
Aktual.az "Report"a istinadən xəbər verir ki, yarışın ikinci günündə kişilərin yarışında 73 kq-da Rüstəm Orucov 1/16 finalda Robert Barviq (Almaniya) - Fethi Nuren (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə 1/32 finalda gürcüstanlı Boka Donqvani ilə qarşılaşacaq. Eyni çəkidəki Murad Fətiyevisə 1/32 finalda moldovalı Nikon Zaborosçukun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirində 10 kişi və 5 qadın idmançı ilə təmsil olunur. Yarışın ilk günündə tatamiyə çıxan 7 cüdoçu medal qazana bilməyib. Fevralın 24-də isə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.
Xəbər 415 dəfə oxunub.