Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə "Qafqaz İnkişaf Bankı"ASC və "Atrabank" ASC müflis elan olunub.
Aktual.az bildirir ki, bu barədə APA-ya Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Məlumata əsasən, Fond 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Fondun ünvanı:
Bakı şəhəri, Bülbül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt