Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
"Report"un Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Maqomed Rizvanovdur. Bu idmançılardan alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib.
M.Kərimovun orqanizmində boldenon, boldenon metaboliti və stanozolol metaboliti maddələri tapılıb. O, 22 yanvar 2018-ci ildən 48 aylıq - 22 yanvar 2023-cü ilə qədər cəzalanıb.
Orqanizmində drostanolon metaboliti, oksandrolon və oksandrolon metaboliti maddələri aşkarlanan M.Rizvanov da 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 11 yanvar 2019-cu il tarixindən hesablanacaq.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 42 idmançıya sanksiya tətbiq edib.
Xəbər 498 dəfə oxunub.