Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb - RƏSMİ

Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb - RƏSMİ

Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli bildirib. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarından sonra müxtəlif milli federasiyaların ümumilikdə 109 idmançısını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Lakin Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. AMADA rəhbəri bu barədə yaxın vaxtlarda geniş məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib. 
 

Aktual.az 

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR