2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin sayı artıb.
"Report"un məlumatına görə, siyahıda ötənilki ilə müqayisədə bəzi dəyişikliklər də baş verib.
2013-cü ildən FIFA dərəcəli baş hakim olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. Yeni FIFA referilərinin siyahısına Yuliya Qurbanova (çimərlik futbolu) əlavə edilib.
Referi köməkçilərinin sayında da dəyişiklik baş verib. Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbova Cavanşir Yusifov, Gülnurə Əkbərzadə və Sebda Nuriyeva qoşulub. Yusifovun adı zədə səbəbindən karyerasını başa vurmuş Mübariz Həşimovun əvəzinə siyahıya əlavə edilib.
Futzal hakimlərinə gəlincə, Hikmət Qafarlıdan sonra Əli Cəbrayılovla Knyaz Əmiraslanova da FIFA dərəcəsi verilib.
Xəbər 253 dəfə oxunub.