Gürcüstanda səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, Şərq- Qərb enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Giorgi Marqvelaşvili deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır.
Baş nazir Artur Rasizadə Azərbaycanın Gürcüstan ilə əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, enerji layihələrinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb.