Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı tutulub.
Aktual.az APA-ya istinadən bildirir ki, Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunmuş Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Cem Ersoy Selçuk ötən gün Heydər Əliyev Aeroportunda Azərbaycana gələrkən saxlanılıb.
Məlumata görə, Cem Ersoy Selçuk Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 300 min manatlıq dələduzluqda təqsirləndirilir.