Azərbaycanın axtardığı cinayətkar 20 il sonra tutuldu

Azərbaycanın axtardığı cinayətkar 20 il sonra tutuldu

20 il ərzində Rusiyada başqa adla yaşayan azərbaycanlı cinayətkar Moskvada saxlanılıb.

AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.
Volk qeyd edib ki, əslən Cənubi Qafqazdan olan 49 yaşlı şəxs Azərbaycan ərazisində törədilən adam oğurluğu, quldurluq əməllərinə görə beynəlxalq axtarışa verilib. O, Miçurinski prospektində Çevik Polis Qüvvələrinin operativ dəstəyi ilə tutulub.

"O, 1997-ci ildən cinayət məsuliyyətindən yayınıb. SSRİ vətəndaşının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını və ümumvətəndaş pasportları alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmaya əsasən, bu ad altında Azərbaycan Respublikasında tamamilə başqa bir şəxs yaşayır", - Volk vurğulayıb. 

Rusiya hüquq-mühafizə orqanı rəsmisi, həmçinin qeyd edib ki, qanunvericiliyin pozulması ilə əldə olunan vətəndaşlıq ləğv edilib, verilən pasportlar etibarsız sayılıb.

Saxlanılan şəxsin evində aparılan axtarışlar zamanı "İJ-70", "Brauninq" tapançaları və 9 mm kalibrli 23 patron, saxta Qazaxıstan pasportu aşkar edilib. Onun barəsində qanunsuz silah dövriyyəsi barədə cinayət işi qaldırılıb, həbs-qətimkan tədbiri seçilib.

"Cəza müddəti bitəndən sonra onun Azərbaycana ekstradisiyası gözlənilir", - nazirlik rəsmisi qeyd edib. 
 
Aktual.az
Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR