Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, nümayəndə heyətinin üzvlərindən elələri var ki, V çağırış Milli Məclisin üzvü seçilməyib: "Onların əvəzinə yeni üzvlər seçiləcək".
S.Seyidov bildirib ki, nümayəndə heyətinin yeni tərkibi AŞPA-nın yanvar sessiyasından əvvəl təsdiq edilib təşkilata göndəriləcək.
Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, Milli Məclisin viste-spikeri Bahar Muradova da ATƏT-dəki nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini bildirib.
B.Muradova qeyd edib ki, nümayəndə heyətinin üzvü olanlardan bu seçkilərdə deputat seçilməyənlər var: "Bu baxımdan nümayəndə heyətinin tərkibinə dəyişiklik olunacaq".