Azərbaycanın ana müxalifət partiyası müəyyənləşdi

Azərbaycanın ana müxalifət partiyası müəyyənləşdi

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Milli Məclisdə yer alacaq partiyaların sayı məlum olub.
Aktual.az xəbər verir ki, parlamentdə ən çox yerə 68 mandatla YAP sahib çıxıb.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) 2, Böyük Quruluş Partiyası (BQP) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP) 1, Bütöv Azərbaycan Partiyası (BAP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1, Ana Vətən Partiyası 1, Demokratik İslahatlar Partiyası (DİP) 1 nəfərlə təmsil olunacaq.
Bitərəf namizədlərdən isə 45 nəfər qalib gəlib.
Beləliklə, Milli Məclisdə "ana müxalifət” partiyası yenə də VHP olacaq.
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR