Azərbaycanın 2017-ci ildə neft hasilatı üzrə proqnozu

Azərbaycanın 2017-ci ildə neft hasilatı üzrə proqnozu

Proqnoz OPEK-in qərarına uyğundur.

Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnoz OPEK ölkələri və digər istehsalçılar tərəfindən dekabrın 10-da Vyanada əldə olunmuş neft hasilatının azaldılması üzrə razılaşmaya uyğundur.

Aktual.az  xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Qurumdan deyiblər ki, hasilatın azaldılması haqqında Vyana razılaşmasını nəzərə alaraq, Azərbaycan da 2017-ci ildə orta sutkalıq neft hasilatı 800-807 min barel təşkil edəcək. Belə ki, cari ildə bu göstərici 842 min barel olacaq.

Ümumilikdə, Azərbaycan hakimiyyəti 2017-ci ildə neft hasilatını 39 milyon 796,9 min ton səviyyəsində proqnozlaşdırır. Bu, 2016-ci ilin göstəricisindən 3,7% azdır.
 
Aktual.az 
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR