Azərbaycan idmançıları Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hələlik 2 lisenziya qazanıblar.
Aktual.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq, Milli Olimpiya Komitəsindən məlumat verilib. Həmin idmançılar stolüstü tennisçi Ninq Jinq və üzgüçü Fatimə Alkərəmovadır. Lisenziya sayının olimpiadayadək artacağı güman olunub.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları bu il oktyabrın 6-dan 18-dək keçiriləcək.
Aktual.az
Xəbər 766 dəfə oxunub.