Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ŞOK İFADƏLƏR

Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ   - ŞOK İFADƏLƏR


17 yaşlı Aytac Babayevanı öldürən şəxslə bağlı inanılmaz ittiham
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı - Aytacı Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Çiyələk Hüseynova oğlu barəsində ifadə verməyib.

Hakim bildirib ki, İzzətin atası Hafiz Hüseynov da məhkəməyə teleqram vuraraq xəstə olduğunu və ifadə vermək istəmədiyini deyib.

Cinayət işində şahid qismində adı keçən Orxan Axundov məhkəmədə iştirak etməyib. Hakim onun barəsində Xətai rayon Polisə İdarəsinə sorğu göndəriləcəyini bildirib və məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərarı açıqlayıb.

Qətlə yetirilən Aytac Babayevanın valideynləri təqsirləndirilən şəxsin ailəsi tərəfindən məhkəmədən kənarda təhqir olunduqlarını bildirib.

Hakim bildirib ki, bununla bağlı ona Nəsimi rayon Polis İdarəsinin müstəntiqi zəng edib. Hakim bu işin polis tərəfindən araşdırıldığını qeyd edib.

Məhkəmə prosesi noyabrın 13-ə təyin olunub.

Aytac Babayevanın anası məhkəmə bitdikdən sonra jurnalistlərə müraciətlə “Mənim qızım 600 bal yığırdı. Bu cani evdə atasının üstünə balta ilə gedib. Belə ailənin övladı da belə olar” deyib.

Qeyd edək ki, bu il aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan münaqişə zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.

Aktual.az

Xəbər 2478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR