Azərbaycanı Rio-2016-da təmsil edəcək cüdoçular müəyyənləşdi

Azərbaycanı Rio-2016-da təmsil edəcək cüdoçular müəyyənləşdi

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azəbaycan cüdoçuları müəyyənləşib. 

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Peter Zayzenbaxer iki çəki dərəcəsində seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib.

Avstriyalı mütəxəssis olimpiadaya 60 kq çəki dərəcəsində Orxan Səfərovu, 100 kq çəkidə isə Elmar Qasımovu aparmağı qərara alıb. Nəticədə İlqar Müşkiyevlə Elxan Məmmədov 4 illiyin zirvə yarışından kənarda qalıb.

Digər çəkilərdə Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) təmsil edəcək.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarının proqramına əsasən, cüdo yarışları 6-12 iyulda keçiriləcək. 

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR