Azərbaycanda daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur.
Aktual.az-ın məlumatına görə, bu barədə "Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlardan biri "Merton Investment Holding Ltd.” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
İkincisi - "Commonwealth Oil and Gas Company Ltd.” şirkətidir. Kreditorların tələbləri Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi,14 ünvanında qəbul ediləcək.
Üçüncüsü - "ACC Distribution UAB”-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 8 ünvanına bildirə bilərlər.
Dördüncü şirkət - "NTD Services LLP”-dir. Kreditorların tələbləri Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 62, mənzil 28 ünvanında qəbul ediləcək.
Nəhayət, 5-ci şirkət "Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 1/46 ünvanına bildirə bilərlər.
Şirkətlərin kreditorların tələblərini bildirmək üçün iki ay vaxtı var.
Xəbər 447 dəfə oxunub.