Azərbaycandan yarım milyon dollar çıxaran şəxs tutuldu

Azərbaycandan yarım milyon dollar çıxaran şəxs tutuldu

Əliyev pulları avtomobilinin kuzovunda gizlədib.

Dağıstan prokurorluğu Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edərkən yaxalanan K.Əliyevin işinə dair rəsmi məlumat yayıb.

Bu barədə Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki.

Qeyd edilir ki, 2015-ci ilin sentyabrında K.Əliyev 424 min ABŞ dollarını və 4,5 milyon rublu ona məxsus yük avtomobilinin kuzovunda gizlədərək sərhəddən Rusiya ərazisinə keçirib.

Həmin şəxs Dağıstanla Azərbaycan sərhəddindəki “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsində saxlanılıb və barəsində cinayət işi qaldırılıb.

Prokurorluq ona qarşı yekun ittihamı təsdiq edərək işi Məhərrəmkənd rayon məhkəməsinə göndərib.

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR