Azərbaycandan xaricə turist axını 3%-ə yaxın azalıb

Azərbaycandan xaricə turist axını 3%-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 1605,0 min nəfər olub.
Bu barədə Aktual.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu dövrdə Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,0 faiz, İrana gedənlərin sayı 2,6 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 30,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,4 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,6 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR