Azərbaycandan təklif alan futbolçu klubundan ayrılır

Azərbaycandan təklif alan futbolçu klubundan ayrılır
  • İDMAN

Buxarest "Dinamo"sunun müdafiəçisi Steliano Filipin Azərbaycana köçmək ehtimalı bir qədər də artıb.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, "Dinamo" rəhbərliyi 23 yaşlı futbolçunu yola salmağa razılıq verib.
Buxarestlilər Filipin boşluğunu artıq doldurublar. Belə ki, onlar ÇFR-in oyunçusu Aleksandru Vladla ilkin anlaşma əldə ediblər. Adıçəkilən futbolçu yanvardan "Dinamo"nun formasını geyinəcək.
Bu səbəbdən klub rəhbərliyi Azərbaycan, Türkiyə və İtaliyadan təklif alan Filipə "yaşıl işıq" yandırıb. Hazırda futbolçunun menecerinin adıçəkilən ölkələrin klubları ilə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Steliano Filip 2012-ci ildən "Dinamo"nun üzvü idi.   
 
Aktual.az 
Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR