Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan istehsalı olan pomidorda xəstəlik aşkarlayıb.
"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan istehsalı olan məhsulda Cənubi Amerika güvəsi aşkarlanıb. Qurum rəsmiləri bəyan ediblər ki, təxminən 20 tona yaxın məhsulda ziyanvericinin olduğu təsdiqini tapıb.
Yoxlamanın nəticəsi olaraq məhsul sahibinə qanunun tələblərinə uyğun dezinfeksiya işləri aparmaq tapşırılıb.
Aktual.az
Xəbər 425 dəfə oxunub.