Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan İrəvana neft məhsullarının tədarükünü alqışlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Azərbaycan neft məhsullarını daşıyan qatar yola düşüb və Ermənistana doğru gəlir. Mən bunu alqışlayıram. Ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında yaranmış sülhdür”, - o bildirib.
Qeyd edək ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
Xəbər 64 dəfə oxunub.