Azərbaycandan olan milyarderlər okeanariumun tikintisindən imtina etdilər

Azərbaycandan olan milyarderlər okeanariumun tikintisindən imtina etdilər

Layihənin dəyəri 3,5 milyard rubl təşkil edir.

Yaxın vaxtlarda Rusiyanın Sankt-Peterburq şəhərində okeanarium tikilməyəcək. İnvestor Kupçinoda əyləncəli-maarifləndirici mərkəzin inşasından imtina edib, Aktual.az Oxu.Az-a istinadən xəbər verir.

Moskvanın "Optima" şirkətinin rəhbərləri Qod Nisanov və Zarax İliyev (Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbə kəndindəndirlər) okeanariumun tikintisi layihəsinin işlənilməsini dayandırmaq qərarına gəliblər.

Bu mərkəzi Beynəlmiləlçilər parkının keçmiş ərazisində tikmək planlaşdırılırdı. Bunun üçün 2015-ci ildə investorlara 3,6 hektar ərazi ayrılmışdı. Layihənin dəyəri 3,5 mlrd. rubla bərabər idi. 

Bu pula dəniz muzeyi, okeanarium və kinoteatrın daxil olduğu möhtəşəm kompleks tikilməli idi. Bir neçə hovuzu delfinlər, lamantinlər, tısbağa və hətta timsahlarla doldurmaq nəzərdə tutulurdu. Kompleksin 2017-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilirdi.

Sankt-Peterburqun abadlaşdırma komitəsinin sədr müavini Viktor Şabnov investorun layihədən imtina etdiyini açıqlayıb.

Aktual.az

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR