Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb

Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 dolların qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
 
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Bakı-Yekaterinburq aviareysi ilə Rusiyaya getmək üçün Heydər Əliyev Beynəlxalq aeroportuna gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub.
 
Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 600 dollar aşkar edilib.
 
Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan vətəndaşı isə şifahi formada bəyan etdiyi 10 min dollardan başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən 19 300 dollar aşkar edilib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.(apa)
Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR