Türkiyənin “atv haber” kanalında Fəthullah Gülənin Azərbaycanda açdığı məktəblər və bu təhsil ocaqlarının kimlər tərəfindən qurulduğu haqda danışılıb.
Verilişdə “Gülənin qara qutusu”nu açmağa çalışan bir qrup türk siyasətçilər ölkədə fəaliyyət göstərən təşkilatın gizlin tərəflərini xatırlayaraq bunları qeyd ediblər:
“Azərbaycandan gələrkən bir dostum mənə dedi ki, gördüyüm bu yerlərdəki məktəblərin hamısını necə də sürətlə açmısınız?! Bunları sizmi açırsınız? Amerika sizin önünüzü açmasa, siz buralarda bir bufet belə aça bilmərsiniz” deyə verilişdə əyləşənlərdən biri deyib.
Verilişdə daha sonra “sən Fəthullah Gülənin Rusiyaya gedib Yelsinlə görüşdüyünü bilirsənmi?” fikirlər də səsləndirilib.
Aktual.az “A24.az”a istinadən mövzu ilə bağlı videogörüntünü təqdim edir: