Azərbaycanda Zika təhlükəsi yoxdur - Nazirlik

Azərbaycanda Zika təhlükəsi yoxdur   - Nazirlik

“Azərbaycanda Zika virusu ilə bağlı heç bir təhlükə yoxdur”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

“Narahat olmağa dəyməz. Azərbaycan üçün heç bir təhlükə yoxdur. Səhiyyə Nazirliyi hazırda ölkədəki vəziyyətə nəzarət edir”-deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Zika virusu ilə bağlı nazirlik tərəfindən ciddi tədbirlərin həyata keçirilməsi planlaşdırılmır.

Xatırladaq ki, Latın Amerikasında geniş vüsət almış Zika virusu 1947-ci ildə Uruqvayda tapılıb. Hazırda bu virus geniş yayılmağa başlayb.

Məlumata görə, Cənubi, Mərkəzi və Şimali Amerikada üç-dörd milyon insan bu virusa yoluxa bilər. Zika virusunun qarşısının alınması üçün indiyədək heç bir vaksin və ya dərman yaradılmayıb.

Xəstəlik əksər hallarda əlamət olmadan keçir, buna görə də virusu aşkar etmək çətindir.

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR