Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksinin bazasında aqrobiznes sektorunun bütün sahələrini əhatə edəcək müasir aqroparkın yaradılması nəzərdə tutulur.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov deyib.
Z.Əkbərov əlavə edib ki, kənd təsərrüfatının inkişafı üçün müasir informasiya texnologiyalarından istifadə etməklə sahənin tam elektronlaşdırılması dövrün tələbidir. Onun sözlərinə görə, torpaq, su, bitki, və s. haqqında biliklərin, təhlillərin, kadastr və müasir texnologiyalar haqqında kompleks məlumatların toplandığı interaktiv rəqəmsal ekspert sistemləri yaradılmalıdır.
Z.Əkbərov aqrar elm sahəsində ciddi irəliləyişlərə nail olmaq üçün elmi tədqiqat müəssisələrinin yenidən qurulmasını vacib sayıb.
O, təklif edib ki, seleksiyanın dövlətin mənafeyinə və bazarın tələbatına uyğun yeni strategiyası, prioritet bitkilərin seleksiyası üzrə dövlət proqramları hazırlanaraq həyata keçirilməlidir.