"Azərbaycanda xüsusi turizm zonalarının yaradılması planlaşdırılır".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, hökumət üçün bu məsələ aktualdır: "Artıq müvafiq sənədlər hazırlanıb və müzakirə edilir".
S.Həsənova qeyd edib ki, Xəzər akvatoriyasında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub ki, bu da çimərlik turizminin və turizm infrastrukturunun inkişafına xidmət edir.
O əlavə edib ki, turizm zonaları çərçivəsində vergi tətillərinin tətbiq edilməsi imkanı müzakirə olunur.