Azərbaycanda xaricə aviabiletlər 48% bahalaşıb

Azərbaycanda xaricə aviabiletlər 48% bahalaşıb

Bu gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin həyata keçiridiyi aviareyslərə biletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb.
Aktual.az “Report”a istinadən xəbər verir ki, AZAL-dan bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğu üçün biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”.
Qeyd edək ki, 2006-ci ildən başlayaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid Avropa valyutası - avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri - Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə də aiddir.
Xatırladaq ki, bü gün Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da, milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə, bu gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR