Azərbaycanda bələdiyyə sədri məhkəməyə verilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Hakim Müşdaba oğlu Abbasov Şirvan İnzibat Məhkəməsinə müraciət edib.
O, Masallı rayon Boradigah Bələdiyyəsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
daşınmaz əmlak dövlət reyestri xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia qaldırıb.
Vətəndaş Hakim Abbasov iddia ərazisində inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq üzrə, torpaq münasibətləri üzrə sair mübahisələrinonun xeyrinə həll edilməsini istəyib.
Vətəndaşın şikayəti araşdırılması üçün hakim Orxan İsmaylovun icraatına verilib.
Yaxın günlərdə şikayətə baxılacaq.
Xəbər 326 dəfə oxunub.