"2016-cı ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral yoxlamalar 2,5 dəfə, operativ nəzarət tədbirləri isə 13 dəfə azalıb".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2016-cı ilin yanvar-aprel aylarında Nazirliyin xətti ilə dövlət büdcəsinə 2,2 milyard manat köçürülüb ki, bu da proqnozdan 4,8 faiz çoxdur.