Azərbaycanda üzüm məhsulunun yarıdan çoxu məhv olub

Azərbaycanda üzüm məhsulunun yarıdan çoxu məhv olub

İntensiv yağışlar üzümlükləri yararsız vəziyyətə salıb.

Builki intensiv yağışlar Azərbaycanda üzümlüklərin yararsız vəziyyətə düşməsinə səbəb olub. 

Aktual.az Report-a istinadən xəbər verir ki, respublika üzrə üzüm məhsulunun təxminən 70%-i məhv olub və təhlükəli xəstəlik hesab edilən “mildiu”nun yaranmasına gətirib çıxarıb. 

Bütün bölgələrdə müşahidə edilən bu xəstəlik üzüm tənəklərinin ən təhlükəli göbələk xəstəliklərindən biridir. O, özünü əsasən yalançı unlu şeh şəklində büruzə verir.

Mütəxəssislər hesab edirlər ki, üzümlüklərə vaxtında, mövsüm və hava şəraitinə, eləcə də torpağın xüsusiyyətlərinə uyğun şəkildə düzgün aqrotexniki qulluq göstərildikdə bu xəstəliyin qarşısını almaq mümkün olur. 

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR