2015-ci ildə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı azalıb.
Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycanda 415,2 min nəfər ünvanlı dövlət sosial yardımı alıb. 2014-cü ildə isə bu göstərici 625,8 nəfər olub.
Son 3 ildə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı əhəmiyyətli dərəcədə azalıb. 2013-cü ilin sonuna qədər ölkədə ünvanlı dövlət sosial yardımı alanların sayı 590,0 min nəfər olduğu halda 2015-ci ilin sonuna bu rəqəm azalaraq 415,2 min nəfərə çatıb.