Azərbaycanda turizm sahəsi vergidən azad ediləcək?

Azərbaycanda turizm sahəsi vergidən azad ediləcək?

"Azərbaycan hökuməti turizm obyektlərinin vergidən azad olunması məsələsinə baxa bilər".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda mətbuat konfransında deyib.

S.Ələkbərov bildirib ki, sözügedən məsələ Vergilər Nazirliyinin səlahiyyətinə daxil deyil, əgər bu, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olacaqsa, bu addımı atmaq olar.

Onun sözlərinə görə, turizm obyektlərinin vergidən azad edilməsinə kompleks şəkildə baxmaq lazımdır ki, ayrı-ayrı şəxslər güzəştlərdən sui-istifadə etməsinlər: "Bu addım atılsa, ölkə əhalisinin xeyrinə olmalı, dövlət büdcəsinə daxilolmaların artmasına gətirtib çıxarmalıdır".

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR